ARDNŞ dövlət büdcəsinə 135 milyon 178 min manat vəsait ödəyib
11 Oktyabr 2013 19:24 İqtisadiyyatARDNŞ 2013-cü ilin sentyabrında dövlət büdcəsinə 135 mln 178 min manat vəsait ödəyib ki, bu da ötən ilin sentyabr ayına nisbətən 15 mln 238 min manat və ya 112,7 faiz çox olub. AZADİNFORM xəbər verir ki, ümumiyyətlə, 2013-cü ilin yanvar-sentyabr aylarında büdcəyə 1 mlrd 185 mln 92 min manat vəsait ödənib. Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 151 mln 243 min manat və ya 114,6 faiz çox olub.
Bundan əlavə, cari ilin sentyabrında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 14 mln 24 min manat vəsait köçürüb. Bu, ötən ilin sentyabr ayına nisbətən 249 min manat və ya 101,8 faiz çox olub. Ümumiyyətlə, 2013-cü ilin yanvar-sentyabr aylarında Şirkət tərəfindən DSMF-yə ödəniş 120 mln 112 min manat təşkil edib ki, bu da ötən ilin yanvar-sentyabr aylarına nisbətən 1 mln 415 min manat və ya 101,2 faiz çox olub.