Azərbaycanın üç rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq
25 Aprel 2012 12:35 İqtisadiyyatTəmir işləri ilə əlaqədar olaraq bu gün 14:00-dan "Kövər", "Bərdə-Samux", "Bərdə", "Tərtər" və "Cəyirli" ölçü qovşaqlarında təbii qaz təchizatı dayandırılacaq. Azərbaycan Dövlət Neft Şirkətindən "APA-ECONOMICS"ə verilən məlumata görə, təmir işləri müddətində Yevlax rayonunun Kövər, Malbinəsi, Qoyunbinəsi, Qaramanlı, Hacımahmudlu kəndləri daxil olmaqla, Bərdə və Tərtər rayonlarına təbii qazın verilməsində fasilələr yaranacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31