Gələcəyimiz çox böyük təhdidlərlə doludur, bunun qarşısını almalıyıq - Amina Mohammed

Gələcəyimiz çox böyük təhdidlərlə doludur. Bunun qarşısını almalıyıq.

Olaylar xəbər verir ki, bu barədə BMT Baş katibinin birinci müavini Amina Mohammedi BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-Cop29) çərçivəsində keçirilən "TROİKA Missiya 1.5 üçün Yol Xəritəsi: Beynəlxalq Əməkdaşlığın Artırılması" adlı dəyirmi masada çıxışı zamanı deyib.

O qeyd edib ki, COP29-da üzərimizə düşən öhdəlikləri yerinə yetirməliyik.

"İqlim dəyişikliyi ilə bağlı lazım olan dəstəyi göstərmə öhdəliyimiz var. Biz gündəlik olaraq hökümətlərlə işləyirik. Ölkələrə yeni planların hazırlamasında dəstəkləyirik. Bu eyni zamanda sərmayələrin də artmasına kömək edəcək.

Bəzi ölkələrin qarşıya qoyduğu planlara nail olmağa imkanı olmur. BMT-nin əsas məqsədi belə ölkələrə dəstək olmaq onlar üçün tərəfdaşlıq yaratmaqdır. Yeni milli öhdəliklərin qurulması istiqamətində ölkələr əməkdaşlıq etməlidir. Bizim zamanımız azalır, təcili addımlar atmalıyıq. İndi bizə qlobal dailoq lazımdır ki, bütün hər kəsin səsi eşidilsin, dinlənilsin. COP29 bizə göstərəcək ki, biz nə dərəcədə birlik içindəyik. Dünyanın belə tədbirlərə ehtiyacı var", - deyə o bildirib.

Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (UNFCCC) ərəfəsində keçirilən PreCOP29 iclası keçirilir.

Konfrans "Ambisiyaların gücləndirilməsi və fəaliyyətin təmin edilməsi" devizi ilə baş tutur.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31