Maliyyə piramidası TƏLƏSİ: Minlərlə insanı necə tora salırlar? - VİDEO
7 Oktyabr 12:12 İqtisadiyyatMaliyyə piramidasının tarixi çox qədimdir, amma beynəlxalq səviyyədə 1919-cu ildə tanınıb.
Olaylar.az bildirir ki, İtaliyadan olan mühacir Çarlz Ponzi ABŞ-də ilk dəfə maliyyə piramidasını yaradıb və "Ponzi" adı ilə məşhurlaşıb.
İqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycanda da "Ponzi" piramidasının bir çox növünə rast gəlinib.
Məsələn, 90-cı illərdə kommersiya banklarının yüksəkfaizli əməliyyatları, yüz dollara muncuqdüzmə və digər şəbəkələr buna misal ola bilər.
Sxem isə çox sadədir, burada heç bir alqı-satqı həyata keçirilmir, piramidaların gəliri yalnız ora qoşulan insanların vəsaitləri hesabına formalaşır.
Məsələ ilə bağlı ATV-nin "İqtisadi zona" verilişi süjet hazırlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31