Bakıda "Metanla bağlı irəliləyiş: Qlobal metan emissiyalarının azaldılması üzrə təşəbbüs" adlı konfrans başlayıb

Bakıda "İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi" çərçivəsində "Metanla bağlı irərləyiş: Qlobal metan emissiyalarının azaldılması üzrə təşəbbüs (AGMR)" adlı beynəlxalq konfrans başlayıb.

Olaylar xəbər verir ki, çıxış edənlər arasında Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, SOCAR-ın vitse-prezidenti Əfqan İsayev, BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, beynəlxalq və Azərbaycanlı ekspertlər, beynəlxalq təşkilatların nümayəndələri var.

Qeyd edək ki, metan emissiyalarının istixana effekti karbon qazından 28-30 dəfə daha güclüdür. Metan emissiyalarının əsas mənbələri isə neft-qaz və kənd təsərrüfatı sahələridir. Qarşıdan gələn COP29 zamanı Bakıda metan üzrə bəyannamə qəbul ediləcək.

Bundan əlavə, Azərbaycan metan emissiyalarının azalması ilə bağlı sənədin qəbulunu təşəbbüs edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31