Yük və sərnişindaşıma ucuzlaşıb
10 Oktyabr 2013 17:50 İqtisadiyyat2013-cü ilin sentyabr ayında əvvəlki ayla müqayisədə nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1 faiz, sərnişindaşıma tarifləri isə 0,7 faiz ucuzlaşıb. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi ixrac üzrə 1,2 faiz, idxal üzrə 4,1 faiz və tranzit üzrə 0,8 faiz ucuzlaşıb, yerli əlaqə üzrə isə 3,0 faiz bahalaşıb. Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 3,3 faiz ucuzlaşıb. Boru kəməri vasitəsilə qazın və neftin nəql olunma tarifləri üzrə və həmçinin, avtomobil və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə dəyişiklik müşahidə olunmayıb.
Hava nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 2,9 faiz, digər xarici ölkələrə isə 4,1 faiz ucuzlaşıb.