Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü başlayıb

Bakıda "Avrasiya Nəqliyyat Marşrutu" üzrə Beynəlxalq Assosiasiyasının yaradılması ilə bağlı Dövlətlərin dəmir yolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü başlayıb.

Olaylar xəbər verir ki, spikerlər arasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov, "Özbəkistan Dəmir Yolları" ASC-nin sədri Zufar Narzullayev və Türkiyə Dövlət Dəmir Yolları İdarəsinin sədri Ufuk Yalçın var.

Həmçinin, Çin konteyner dəmiryolu daşımaları korporasiyasının rəhbəri Yan Bin, "Tacikistan Dəmir Yolları" dövlət müəssisəsinin birinci müavini Sorbon Kulaхmadov, "Qırğız Dəmir Yolu"-nun baş direktorunun müavini Dostan Usubakunov və "Avstriya Federal Dəmir Yolları"nın Avrasiya və Mərkəzi Asiya ilə əlaqələr üzrə şöbə rəhbəri Eniko Dyerfi də çıxış edəcəklər.

Görüşdə "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının nizamnaməsi və təsis protokolunun layihəsi müzakirə olunur.

Konsultativ görüşün ikinci yarısında müxtəlif məsələləri müzakirə edən ADY nümayəndələrinin çıxışları gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31