AMB: Bu ilin ilk yarısında Azərbaycana 3 mlrd. dollara yaxın birbaşa xarici investisiya yatırılıb

2024-cü ilin ilk yarısında Azərbaycanın neft-qaz və qeyri-neft-qaz sektoruna ümumilikdə 3 milyard ABŞ dolları həcmində birbaşa xarici investisiya yatırılıb. Kapital repatriasiyası isə 3,4 mlrd. dollar təşkil edib.

Olaylar bildirir ki, bunu Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov brifinqdə deyib.

"Azərbaycandan xaricə yatırılan birbaşa xarici investisiyalar isə cəmi 998 milyon ABŞ dolları (2023-cü ilin eyni dövründə 0,6 mlrd. dollar) olub". (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31