İqlim dəyişiklikləri insanların hüquqlarına, həyat tərzinə və ümumi rifahına böyük təsir edir - Ramiz Rzayev

İqlim dəyişiklikləri dünyamız üçün ciddi bir sınaqdır. Bu dəyişikliklər insanların hüquqlarına, həyat tərzinə və ümumi rifahına böyük təsir edir.

Olaylar xəbər verir ki, bunu Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev Bakıda "Hüquq və iqlim" (Law and climate) mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

R.Rzayev deyib ki, Azərbaycan da iqlim dəyişikliyinin qarşısının alınmasında beynəlxalq əməkdaşlıq məsələlərinə ciddi yanaşır. Hakimlər İttifaqının sədri xatırladıb ki, Azərbaycan bu il COP29 kimi mötəbər bir beynəlxalq tədbirə ev sahibliyi edir və Prezident İlham Əliyevin Sərəncamına əsasən Azərbaycanda 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib.

"Bir neçə ay sonra digər tərəfdaş dövlətlərlə birlikdə iqlim dəyişiklikləri naminə tarixi əhəmiyyətli addımların məhz Bakıda atılacağını bilmək hər birimiz üçün fəxredici hadisədir.

Ali Məhkəmə ilə birlikdə təşkil etdiyimiz bugünkü beynəlxalq konfransın da əsas məqsədi Azərbaycanın və dünya ictimaiyyətinin diqqətini iqlim dəyişikliyi ilə bağlı proseslərə cəlb edilməsi, bu sahədə mövcud beynəlxalq və milli hüquqi tənzimləmə alətləri barədə məlumatlılığın artırılmasından ibarətdir. Hüquq və iqlim məsələləri kimi vacib bir mövzu ətrafında toplaşmağımız hər birimiz üçün çox önəmlidir", - deyə R.Rzayev qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31