Azərbaycan və Özbəkistan regional maliyyə mərkəzinin yaradılması imkanlarını araşdırır

Özbəkistan və Azərbaycan arasında iqtisadi əməkdaşlığın güclənməsi fonunda hər iki ölkə regional maliyyə mərkəzinin yaradılması imkanlarını araşdırır. Bu mərkəz iki ölkənin bank və maliyyə institutlarını əhatə edəcək.

Olaylar xəbər verir ki, bu barədə məlumatlı mənbə bildirib.

Bu təşəbbüs maliyyə bazarlarının inteqrasiyasını böyütmək və hər iki ölkənin əsas layihələrinə sərmayə cəlb etmək məqsədini güdür.

Onun sözlərinə görə, bu təşəbbüs maliyyə bazarlarının inteqrasiyasını genişləndirmək və hər iki ölkənin əsas layihələrinə sərmayə cəlb etmək məqsədini güdür.

Xatırladaq ki, Azərbaycanın bank sektorunun ümumi aktivləri 2024-cü ilin əvvəlinə 49,178 milyard manat təşkil edib. Hazırda Azərbaycanda 22 Bank fəaliyyət göstərir.

Öz növbəsində, Özbəkistanın bank sektorunun ümumi aktivləri 2024-cü ilin əvvəlinə 52,8 milyard dollar təşkil edib. Bu gün ölkədə 35 bank fəaliyyət göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31