COP29 danışıqları çərçivəsində 2 illik şəffaflıq hesabatlarını (BTR) təqdim edən ölkələrin adları açıqlandı

Panama, Qayana və Andorra artıq iqlim dəyişikliyi ilə mübarizə üzrə COP29 danışıqları çərçivəsində 2 illik şəffaflıq hesabatlarını (Biennial Transparency Report - BTR) təqdim ediblər.

Olaylar xəbər verir ki, bu barədə COP29 prezidenti Muxtar Babayev məlumat verib.

"Bütün COP29 iştirakçı ölkələri 2024-cü ilin dekabrına qədər BTR-ləri təqdim etməyə öhdəlik götürüblər. Təxminən 60 ölkənin, o cümlədən, Azərbaycanın, BTR-lərini açıqlaması gözlənilir ki, bu da iqlim problemlərinin effektiv tənzimlənməsi üçün əhəmiyyətlidir", - Babayev bildirib.

Xatırladaq ki, 11-22 noyabr tarixlərində Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının 29-cu tərəfdaşlar konfransı (COP29) keçiriləcək.

Ölkələrin ekologiya üzrə şəffaflıq hesabatlarına sahib olması 2015-ci il Paris İqlim Sazişində qeyd olunub. Ölkələrin ekoloji fəaliyyətin şəffaflığı barədə hesabatlarının olması BMT-nin 2015-ci il Paris Sazişində əks olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31