Avropa İttifaqı ölkələri iqlim şəffaflığı ilə bağlı hesabatların hazırlanmasında intensiv işlər aparır – Tamaş Torma

Avropa İttifaqı ölkələri iqlim şəffaflığı ilə bağlı 2 illik hesabatların (BTR) hazırlanması üzrə intensiv işlər aparırlar.

Olaylar xəbər verir ki, bu barədə Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıda keçirilən "Yüksək Səviyyəli İqlim Şəffaflığı Dialoqu" zamanı bildirib.

Səfir qeyd edib ki, iqlim dəyişmələri ilə mübarizə tədbirlərinin şəffaflığı qlobal iqlim planlaşdırmasının təməl daşıdır.

O, COP29-a hazırlıq zamanı şəffaflıq məsələsinə xüsusi vaxt ayırdığı üçün Azərbaycana təşəkkürünü bildirib.

Tamaş Torma 2 illik hesabatların (BTR) iqlim siyasətini zamanında tənzimləməyə imkan verdiyini qeyd edib.

Səfir Avropa İttifaqı ölkələrinin 2 illik hesabatların (BTR) müəyyən edilmiş müddətlərdə hazırlamaq üçün intensiv işlər apardığını və bu məsələnin digər tərəflərlə müzakirə edilməsini yüksək qiymətləndirdiyini bildirib.

"Bu səbəbdən, Azərbaycana bu vacib dialoqu təşkil etdiyinə görə bir daha təşəkkür etmək istəyirəm", - o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31