Qlobal istiləşmə problemi ilə bağlı təcili tədbirlər görülməlidir - İsmayıl Serageldin

Yer kürəsində qlobal istiləşmə problemi ilə bağlı təcili tədbirlər görülməlidir.

Olaylar xəbər verir ki, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Bakıda keçirilən "İqlim Şəffaflığının Artırılması: Genişləndirilmiş Şəffaflıq Sistemində (ETF) Ümumi İştirakın Təşviqi" adlı yüksək səviyyəli dialoqda bildirib.

Serageldin bildirib ki, 30 il əvvəl atmosferə illik 33 milyard ton karbon dioksid atılırdı. O, indi isə bu göstəricinin 54 milyard tona çatdığını və 2024-cü ildə bu qazın konsentrasiyasının kritik səviyyəyə yüksəldiyini deyib.

Serageldin metan və azot oksidi kimi digər istixana qazlarının da son 800 min ildə ən yüksək səviyyəyə çatdığını vurğulayıb.

Serageldin planetin iqlim dəyişikliyindən gördüyü zərəri düzəltməyə kömək edəcək təcili iqlim qərarlarının verilməsinin vacibliyini qeyd edib.

"Azərbaycanın qərarlılığı və birgə əməkdaşlığımız sayəsində bəşəriyyəti fəlakətdən qurtarmaq üçün məsuliyyət daşıyırıq", - o əlavə edib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31