Çin İranla bütün neft müqavilələrini yeniləyib

Çin İranla bütün neft müqavilələrini yeniləyib. APA-nın "Mehr" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Milli Neft Şirkətinin beynəlxalq məsələlər şöbəsinin müdiri Seyid Möhsün Qəmsəri bildirib. Onun sözlərinə görə, Çinin bütün neftayırma zavodları 2012-ci il üçün İranla bağladıqları razılaşmaları yeniləyiblər. M.Qəmsəri həmçinin hazırda İrandan Çinə gündə 500 min barel xam neft ixrac olunduğunu vurğulayıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31