FAO rəsmisi: “Azərbaycan su ehtiyatlarının idarə edilməsində mühüm addımlar atıb”
28 Avqust 2024 11:18 İqtisadiyyatAzərbaycan su ehtiyatlarının idarə edilməsində mühüm addımlar atıb.
Olaylar xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat "Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri" mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, hökumətin atdığı mühüm addımlardan biri də ölkədə Su Komissiyasının yaradılmasıdır: "Azərbaycan üçün kənd təsərrüfatı təkcə iqtisadiyyatın bir sahəsi deyil. Bu, bir çox icmalar üçün həyat tərzi və dolanışıq vasitəsidir. Hazırda dünyada su ehtiyatları azalır. Bu da bir çox ölkələrə təsir göstərir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31