İqlim dəyişikliyi ölkəmizin su ehtiyatlarının 15 faiz azalmasına səbəb olub

Son illər iqlim dəyişiklikləri kənd təsərrüfatı sahəsinə ciddi təsir göstərir.

Olaylar xəbər verir ki, bunu Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri zamanı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

O bildirib ki, iqlim dəyişikliyi ölkəmizin su ehtiyatlarının 15 faiz azalmasına səbəb olub.

"Təəssüf ki, növbəti illərdə də suyun azalacağı gözlənilir. Bunun qarşısının alınması üçün bir sıra tədbirlər həyata keçirilir",- deyə nazir müavini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31