Muxtar Babayev BMT-nin baş katibi ilə görüşüb
26 Avqust 2024 16:34 İqtisadiyyatBu gün Azərbaycan ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevlə BMT-nin Baş katibi Antonio Quttereşi arasında görüş keçirilib.
Olaylar xəbər verir ki, bu barədə COP29-un rəsmi "X hesabı paylaşım edilib.
Qeyd edilib ki, görüş Tonqada baş tutub.
"Sakit okean adalarının səslərini dünyaya çatdırmaq, həmçinin COP29-dan əvvəl daha möhkəm, davamlı gələcək qurmaq üçün çalışırıq", - məlumatda deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31