Mərkəzi Bankın 4 departamentinə direktorlar təyin edildi
22 Avqust 2024 15:53 İqtisadiyyatAzərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov qurumun 4 departamentinə direktorlar təyin edib.
Olaylar xəbər verir ki, sədr bununla bağlı müvafiq qərarlar imzalayıb.
Qərarlara əsasən, Sadiq Axundov İT əməliyyatları departamentinə, Elnur Ağayev Xəzinə departamentinə, Fətullah Ələkbərov Nağd Pul departamentinə, Fuad Səbziyev isə Ödəniş sistemləri və hesablaşmalar departamentininə direktor təyin olunub.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Tofiq oğlu Osmanov vəzifəsindən ayrılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31