Əhaliyə ŞAD XƏBƏR: Əməkhaqqı artdı
22 Avqust 2024 13:27 İqtisadiyyatBu ilin yanvar-iyun aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 268,7 manat təşkil edib.
Olaylar bildirir ki, bu barədə Publika.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,8 % artıb.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8,8 % artaraq 1 002,8 manata çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31