Gələn il dövlət büdcəsindən sosial sahələrə 5,3 mlrd. manat ayrılacaq

2014-cü il dövlət büdcəsinin layihəsində sosial yönümlü xərclərin xüsusi çəkisi 26,6% olmaqla 2013-cü ilə nisbətən 1,3 faiz  artıb. Komkret olaraq gələn il sosialyönümlü xərclərin 5 337, 3 mln. manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da 2013-cü ilin analoji proqnozu ilə müqayisədə 298,9 mln. manat və ya 5,9%, 2012-ci ilin faktiki göstəricisi nə nisbətən isə 597,1 mln. manat və ya 12,6% çoxdur. Belə ki,  2014-cü ildə elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclər üçün 4 909,5 mln. manatın ayrılması nəzərdə tutulub ki, bu da 2013-cü illə müqayisədə 475,9 mln. manat və ya 10,7%, 2012-ci ilin faktiki göstəricisi ilə müqayisədə isə 719,8 mln. manat və ya 17,2% çoxdur. Bütövlükdə, bu sahələr üzrə nəzərdə tutulmuş məsrəflərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 24,5% təşkil edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31