Gələn il sosial ipotekanın həcmi artırılacaq
8 Oktyabr 2013 14:54 İqtisadiyyatGələn il İpoteka Fonduna 40 mln. manat həcmində vəsaitin ayrılması nəzərdə tutulur. Bu barədə göstərici 2014-cü il dövlət büdcəsinin layihəsində əksini tapıb. Layıhədə ölkədə sosial ipotekanın tətbiqinin genişləndirilməsi üçün planlaşdırılır. Məlumata əsasən, fəaliyyətə başladığı dövrdən (2014-cü il nəzərə alınmaqla) dövlət büdcəsindən ayrılan və digər mənbələrdən daxil olan vəsaitlər hesabına Azərbaycan İpoteka Fondunda 216 mln. manat həcmində vəsait ehtiyatı yaranacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31