12500-dən çox sahibkara güzəştli kredit verilib
8 Oktyabr 2013 12:49 İqtisadiyyatAzərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti dövründə 12500-dən çox sahibkarlıq subyektinə 720 milyon manatadək güzəştli kredit verilib. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına müsahibəsində fondun icraçı direktoru Şirzad Abdullayev səsləndirib. Bildirib ki, Fond tərəfindən son 3 ildə müasir texnologiyalara əsaslanan 185 layihəyə 313.3 milyon manat güzəştli kredit vəsaiti verilib: "Müəssisələrdən 88-i istifadəyə verilib, digər 97-si üzrə tikinti-quraşdırma işləri aparılır. Bunlardan 34 müasir soyuducu və 19 taxıl anbarı kompleksləri, 11 çörək zavodu, 6 südlük istiqamətli müasir heyvandarlıq kompleksi, 4 ət emalı fabriki, 28 quşçuluq təsərrüfatı, 18 istixana kompleksi, 7 süd emalı və s. müəssisəsləridir".