Dövlət Xidməti I yarımildə 190 min manat maliyyə sanksiyası tətbiq etdi

Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti baxılması başa çatmış işlər üzrə 5 bazar subyektinə qarşı 189,7 min manat maliyyə sanksiyası tətbiq edilməklə müvafiq icrası məcburi göstərişlər verib.

Olaylar bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yolvermə əlamətlərini 13 bazar subyekti, bir sıra mal və ya xidmətlərin reklamı zamanı reklam qanunvericiliyinin tələblərinin pozulması hallarını isə 20 bazar subyekti könüllü aradan qaldırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31