Təhsilə, səhiyyəyə və mədəniyyətə vəsaitlər artacaq

Gələn il üçün proqnozlaşdırılan dövlət büdcəsinin layihəsi artıq hazırdır

2014-cü ildə təhsilə 1 milyard 653 milyon 445 min manat ayrılması proqnozlaşdırılır ki, bu da 2013-cü il üçün nəzərdə tutulmuş 1 milyard 530 milyon 482,7 min manata baxanda 8% çoxdur. Bu barədə ANS PRESS Maliyyə Nazirliyinin saytında yerləşdirilmiş dövlət büdcəsi layihəsinin göstəricilərinə əsasən bildirir.

Səhiyyəyə ayrılan vəsaitlər üzrə proqnoz isə bu il nəzərdə tutulandan 8,4% çoxdur. 2014-cü ildə səhiyyəyə dövlət büdcəsindən 725 milyon 586,2 min manat ayrılması proqnozlaşdırılır, halbuki 2013-cü il büdcəsində bu, 699 milyon 250,5 min manat nəzərdə tutulub.

Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və s. sahələr üçün proqnozlaşdırılan vəsait isə 2013-cü ilə baxanda 7,5% artacaq. Cari ilin büdcəsində bu göstərici 289 milyon 729,7 min manat nəzərdə tutulduğu halda, gələn ilin büdcəsi üçün 311 milyon 410,4 min manat səviyyəsində proqnozlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31