COP29-la bağlı bu mərkəz fəaliyyətini dayandırdı

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı Olimpiya Stadionunun ərazisindəki VAR Mərkəzi fəaliyyətini dayandırıb.

Olaylar.az İdman.Biz-ə istinadən xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 2025-ci il fevralın 1-dək tarixinədək mərkəz işləməyəcək. Bu səbəbdən 2024/2025-ci illər mövsümü üzrə ölkə kuboku və Azərbaycan Premyer Liqası çərçivəsində keçiriləcək oyunlarda VAR-ın təşkili yalnız səyyar VAR nəqliyyat vasitəsi ilə mümkün olacaq.

AFFA-nın balansında hazırda 2 ədəd səyyar VAR nəqliyyat vasitəsi var. Qurum ötən mövsümlərdə olduğu kimi, Azərbaycan Premyer Liqasının və ölkə kubokunun bütün oyunlarında VAR sisteminin tətbiq olunmasına çalışacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31