AMB pul-kredit siyasətini sərtləşdirməyi məqsədəuyğun hesab etmir - Taleh Kazımov
31 İyul 2024 12:34 İqtisadiyyatAzərbaycanın Mərkəzi Bankı (AMB) pul-kredit siyasətini sərtləşdirməyi məqsədəuyğun hesab etmir.
Olaylar xəbər verir ki, bu barədə AMB İdarə Heyətinin sədri Taleh Kazımov mətbuat konfransında deyib.
"Biz "Fitch Ratings"in son tövsiyələri ilə tanışıq. O hesab edir ki, Azərbaycanda pul-kredit siyasətinin strukturu müqayisə olunacaq "BBB-" reytinqli ölkələrə nisbətən zəifdir. Biz hesab edirik ki, ölkənin maliyyə bazarındakı və inflyasiya ilə əlaqədar vəziyyət pul-kredit siyasətinin zəruri sərtləşdirilməsinə gətirib çıxarmır", - deyə T.Kazımov vurğulayıb.
O əlavə edib ki, AMB-nin dəqiqləşdirilmiş proqnozu üzrə 2025-ci ildə inflyasiya 5,4-5,5% faiz olacaq və bu, beynəlxalq maliyyə institutlarının gözləntilərinə uyğundur. Belə ki, keçmiş proqnozda bu rəqəm 4,7 faiz idi.
2024-cü ildə biz 5,4 faiz inflyasiya gözləyirik, bundan əvvəl apreldə 3,5 faiz proqnozlaşdırırdıq, lakin yayda bu proqnozu dəqiqləşdirdik", - deyə T.Kazımov bildirib.