COP29-un baş danışıqçısı Azərbaycanın maliyyə təşəbbüslərinə diqqəti cəlb edib

Azərbaycanın təşəbbüsü ilə COP29 ərəfəsində İqlim Maliyyəsi Fəaliyyəti Fonduna (CFAF) daxil ediləcək dağ-mədən şirkətlərinin payı dəqiqləşdirilir.

Olaylar xəbər verir ki, bu barədə Trend-ə özəl açıqlamasında COP29-un baş danışıqçısı Yalçın Rəfiyev deyib.

"Biz Azərbaycanda və dünyanın müxtəlif yerlərində olan qazıntı yanacağı istesal edən şirkətlərlə CFAF-a könüllü töhfələr haqqında danışıqlara başlamışıq. O cümlədən, artıq SOCAR, neft, qaz və kömür hasilatı sahəsində fəaliyyət göstərən digər özəl şirkətlərlə ətraflı danışıqlar aparılır. Şirkətlərin səhmləri hələ müəyyənləşdirilməyib, odur ki, vəziyyət iqlim sammitinə yaxınlaşdıqca aydınlaşacaq", - o qeyd edib.

Onun sözlərinə görə, bunların şirkətlərdən birdəfəlik ödəmələr, yoxsa şirkət gəlirlərindən ayırmalar olacağı ilə bağlı müzakirələr davam edir.

COP29 sərdliyi bu məsələ üzrə ərəb, Avropa və Asiya şirkətləri ilə danışıqlar aparır və Rəfiyevin sözlərinə görə, artıq 10 ölkənin şirkətləri CFAF sponsorları olmağa razılaşıblar.

Qeyd edək ki, Azərbaycanın bu təşəbbüsü 19 iyul tarixində Bakıda COP29 sədarətinin Fəaliyyət Planının təqdimatı zamanı təqdim olunub.

1 milyard ABŞ dollar ilkin büdcəsi olan Fond inkişaf etmiş ölkələrə yardım, eləcə də, istixana qazları emissiyasının azaldılması üzrə milli töhfələrin həyata keçirilməsi üzrə tədbirlər üçün yaradılıb.

"Fond özəl sektora emissiyaları azaltmağa və iqlim dəyişikliyinin yümşaldılması üzrə tədqiqat və araşdırmalara yardım etməyi planlaşdırır. Bu, məsələn, qrant proqramları vasitəsilə həyata keçiriləcək", - deyə Rəfiyev qeyd edib.

Fondun işi elə qurulacaq ki, onun bu və digər həcmdə sərmayələri yeni "yaşıl" layihələrin maliyyələşdirilməsi və ya təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında kömək üçün və digər çevik addımlar üçün yenidən özünə qayıdacaq.

Azərbaycanın COP29-da digər maliyyə təşəbbüsü "İqlim maliyyələşdirilməsi, sərmayələr və ticarət dialoqu üzrə Bakı təşəbbüsü" (BICFIT) olacaq.

"O, maliyyə, investisiya və ticarətin qarşılıqlı əlaqəsi üzrə beynəlxalq ictimaiyyət üçün uzunmüddətli dialoq platforması kimi fəaliyyət göstərə bilər", - deyə COP29-un baş danışıqçısı söyləyib.

Bundan başqa, "insan kapitalı"na investisiya qoyulması və "Bacarıqların inkişafı üçün Just Transition investisiya tərəfdaşı"nın yaradılması (iqlim dəyişikliyi ilə mübarizə üzrə bütün dünya təşəbbüslərinin həyata keçirilməsinə yardım edəcək) investisiya üzrə təşəbbüslər var.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası 11-22 noyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31