Ermənistanda çörək yenə bahalaşdı

Vəziyyəti günü-gündən gərginləşən ölkədə örək və un istehsalıda azalıb

Ermənistanda 2013-cü ilin sentyabrında taxıl məhsulları bazarında qiymətlər 2012-ci ilin sentyabrı ilə müqayisədə 6,1 % artıb. ANS PRESS-in veriyi məlumata görə, Ermənistanın Statistika xidməti bununla bağlı hesabat yayıb. Bildirilir ki, bu ilin yanvar-avqust aylarında Ermənistanda 196,5 min ton çörək edilib. Yoxsulluq və işsizlik şəraitində yaşayan, günbəgün əhalisinin sayı azalan ölkədə ötən il bu rəqəm 198,4 min ton olub.
Unun istehsalında da azalma müşahidə edilməkdədir. Belə ki, bu 6 ay ərzində 92 752 ton un istehsal olunub. Ötən il isə bu rəqəm 141 841 ton olub. Bu da 35,1% geriləmə deməkdir.
Görünür günü-gündən artan qiymətlərin fonunda bu ölkədə qalan az sayda əhali artıq ac qalmamaq üçün yavan çörəyi belə ala bilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31