UEFA Çempionlar Liqası oyununu canlı izləmək şansı
7 Oktyabr 2013 15:06 İqtisadiyyat"AtaBank" və "MasterCard" yeni lotereya kampaniyasına başlayır. Bankdan "OLAYLAR"-a daxil olan məlumata görə, kampaniyanın qalibləri UEFA Çempionlar Liqasının 10 dekabr 2013-ci ildə Türkiyədə keçiriləcək "Qalatasaray"- "Yuventus" oyununa dəvətnamə, övladları isə ulduz futbolçularla sıra düzülüşünə çıxmaq imkanını qazanacaqlar. Lotereyada 1-31 oktyabr 2013-cü il tarixləri arasında Azərbaycanda və xaricdə alış-veriş zamanı POS terminallarda və ya internetdə "Maestro" və ya "MasterCard" tipli kartlardan istifadə edən kart sahibləri iştirak edirlər. Lotereyanın qalibləri hədiyyə paketləri alacaqlar. Hər bir paketə "Qalatasaray" - "Yuventus" oyununa iki ədəd dəvətnamə (biri qalib, digəri isə qalibi müşayiət edən uşaq üçün), iki nəfərlik bir gecəlik hotel qonaqlaması və aeroport-şəhər-aeroport transfer xərcləri daxil olmaqla iki nəfərlik Bakı-İstanbul gediş-gəliş aviabileti daxildir. Uduş fondu üç ədəd hadiyyə paketindən ibarətdir.