İstehlakçılar ən çox nədən şikayət edirlər?
Eyyub Hüseynov: “Şikayətlərin 40 faizi ərzaq, qalanı isə sənaye malları barədədir”
6 İyul 2012 16:47 İqtisadiyyatAzad İstehlakçılar Birliyinə hər gün vətəndaşlar tərəfindən 10-12 şikayət daxil olur. Bunu Birliyin sədri Eyyub Hüseynov Azərbaycan bazarlarındakı mövcud vəziyyət, o cümlədən keyfiyyət, qiymət və digər məsələlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, şikayətlərin böyük əksəriyyəti
sənaye məhsulları ilə bağlıdır. Ərzaq məhsulları ilə bağlı müraciətləri diqqətə çatdıran AİB sədri dedi ki, istehlakçılar daha çox süd və yağ məhsullarından şikayət edir. Təşkilata daxil olan bütün müraciətlərin araşdırıldığını bildirən E.Hüseynov bildirdi ki, rəhbərlik etdiyi təşkilat məhkəmə işlərində də istehlakçılara pulsuz yardım edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31