Eyyub Hüseynovdan təklif gəldi

“Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti prezidentə tabe olan müstəqil qurum kimi fəaliyyət göstərməlidir”

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti müstəqil, prezidentə tabe olan qurum kimi fəaliyyət göstərməlidir. Bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Azərbaycan bazarlarındakı mövcud vəziyyət, o cümlədən  keyfiyyət, qiymət və digər məsələlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, ümumilikdə belə bir qurumun yaradılması yönündə hökümətin 2009-cu ildə atdığı addım təqdirəlayiqdir. Ancaq  Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin İqtisadi İnkişaf Nazirliyinin nəznində fəaliyyət göstərməsi məntiqi baxımdan düzgün deyil. E.Hüseynov onu da deyib ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti müstəqil qurum olmadığı təqdirdə istehlakçıların hüquqlarının pozulması halları olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31