“Economist”: “Böyük islahatçı geri döndü?”
4 Oktyabr 2013 16:40 İqtisadiyyatİngiltərədə yayımlanan "Ecomonist" jurnalı Türkiyədə baş nazir Rəcəb Tayyib Ərdoğanın açıqladığı demokratikləşmə paketi ilə bağlı olaraq "Böyük islahatçı geri döndümü?" sualını ortaya qoyub. Jurnaldakı yazı "Kimdən soruşduğunuza bağlıdır" cavabı ilə davam edir."Economist" jurnalı Türkiyənin hələ də dünyanın ən çox sayda jurnalisti həbs edən ölkə olduğunu yazır. Digər bir tərəfdən jurnal bütün bunlara baxmayaraq Ərdoğanın açıqladığı islahatların doğru yolda atılmış bir addım kimi dəyərləndirib. Jurnalın yazdığı yazıya görə, bu islahatlar iyun ayında Ərdoğan hökumətinin etirazlara qarşı verdiyi sərt reaksiyadan sonra ölkəni bürüyən qara dumanı dağıdıb.Jurnal həmçinin terrorla mübarizə haqqında qanunlarda bir dəyişiklik olmamasımndan şikayət edən kürdlərin haqlı olduğunu, bu səbəbdən də minlərlə kürd fəallarının məhbəs həyatı sürdüyünü diqqətə çatdırır. ("OLAYLAR"İA)