Azərbaycanda orta aylıq əməkhaqqında ARTIM OLDU - 1000 manatı ötüb
11 İyul 2024 13:38 İqtisadiyyat2024-cü ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4% artaraq 1003,3 manat olub.
Bu barədə Olaylar-a Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31