Azərbaycanın ionlaşdırıcı şüalanma sahəsində yeni ölçmə imkanları beynəlxalq səviyyədə təsdiqləndi

AzMİ-nin ionlaşdırıcı şüalanma sahəsində dərc olunmuş CMC sətirləri kalibrlənmə və ölçmələri yerinə yetirmək üçün müvafiq laboratoriyaların yüksək səviyyəli texniki səriştəsini və ölçmələrin dəqiqlik səviyyəsini əks etdirir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) ionlaşdırıcı şüalanma sahəsi üzrə 3 sətir ölçmə və kalibrlənmə imkanı (CMC) "Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro" (Bureau International des Poids et Mesures, BIPM) tərəfindən təsdiqlənib. ( https://bitly.cx/HRDNR )

CMC sətirləri əldə etməklə milli metrologiya qurumları ölçmələrinin dəqiq, etibarlı və beynəlxalq standartlara uyğun izlənilməsini, həyata keçirilən ölçmə və kalibrlənmə proseslərinin beynəlxalq səviyyədə tanınmasını və qəbul edilməsini təmin edir. CMC sətirləri beynəlxalq ticarət, keyfiyyətli əməkdaşlıq və davamlı inkişaf üçün əsas vasitələrdən biri olmaqla laboratoriyaların etibarlılığını, təhlükəsizliyini və rəqabətədavamlılığını artırır.

BİPM saytında dərc olunmuş CMC sətirlər kalibrlənmə və ölçmələri yerinə yetirmək üçün laboratoriyanın yüksək səviyyəli texniki səriştəsini və ölçmələrin dəqiqlik səviyyəsini əks etdirir.

Nəticə etibarilə İnstitutun ölkə ərazisində müvafiq sahələr üzrə yüksək dəqiqliklə ölçmələr yerinə yetirmək qabiliyyəti hazırda BİPM saytında dərc olunmuş CMC sətirlər vasitəsilə nümayiş olunmaqdadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31