Üç ayda dövlət büdcəsində 644,5 mln. manat profisit yaranıb

2012-ci ilin birinci rübündə  dövlət büdcəsinin mədaxili 3487,7 mln. manat,  xərcləri 2843,2 mln. manat  təşkil edib. Bununla da  644,5 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb. Maliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, 2012-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 98,5 faiz icra olunub ki, bu da keçən  ilin eyni dövrü ilə müqayisədə isə 719,3 mln. manat və ya 26,0  faiz çoxdur. Vergilər Nazirliyi mədaxil proqnozunu 112,6 faiz icra etməklə dövlət büdcəsinə 1390,4 mln. manat vəsait təmin eedib ki, bu da proqnoza nisbətən 156,1 mln. manat, 2011-ci ilin eyni dövrü ilə müqayisədə isə 229,5 mln. manat və ya 19,8 faiz çoxdur. Dövlət Gömrük Komitəsi proqnoza 100,3 faiz əməl edərək büdcəyə 251,7 mln. manat vəsait təmin edib. Sair gəlirlərdən nəzərdə tutulan 4,5 mln. manata qarşı büdcəyə 5,8 mln. manat və ya proqnoza nisbətən 28,9 faiz çox vəsait daxil olub. Dövlət Neft Fondundan büdcəyə 1839,8 mln. manat vəsait transfert edilmişdir. 2012-ci ilin  birinci rübündə ərzində dövlət büdcəsinin xərcləri 79,0  faiz icra edilib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 755,8  mln. manat və ya 36,2  faiz çoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31