Benzinin ekoloji zərəri aradan qaldırılır
1 İyul 2024 12:39 İqtisadiyyatAzərbaycanda metro və bəzi avtobus marşrutlarında gediş haqqı dəyişib. Belə ki, metroda bir gedişin qiyməti 10 qəpik artırılaraq 50 qəpik olub.
Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq 10 qəpik artırılaraq 50 qəpik təyin edilib. Rəsmi məlumata görə, bu addım
Azərbaycanda AVRO-5 standartları ilə istehsal olunan benzin və dizelin qiymətinin tənzimlənməsi məqsədilə atılıb. Araşdırmalar göstərir ki, ətraf mühitin çirklənməsinin böyük bir hissəsini avtomobillərdən müasir standartlara uyğun olmayan yanacaqlardan istifadə nəticəsində ayrılan zəhərli qazlar təşkil edir. Havanın çirklənməsi ilə bağlı dünya ölkələrində əsas hədəf elektromobillərə keçidi sürətləndirməkdir. Əksər ölkələrdə artıq Aİ-92 markalı benzin istehsal olunmur və satılmır, dizelin daha böyük ekoloji zərəri nəzərə alınaraq istehlakının azaldılması üçün tədbirlər görülür. Bu məqsədlə bir çox ölkələrdə dizelin qiyməti elə tənzimlənir ki, benzinin qiymətindən baha olsun.Aİ- da benzin və ya dizel mühərrikli (karbon-neytral sintetik yanacaqla (e-yanacaq) işləyən avtomobillər istisna olaraq) yeni avtomobillərin istehsalı və qeydiyyatı 2035-ci ildən mümkün olmayacaq. Əksər ölkələrdə Aİ-92 markalı benzin istifadə olunmur.Artıq qlobal səviyyədə böyük istehsalçılar "premium" markalı, elektrik və hibrid mühərrikli avtomobillərin istehsalına keçib. Nəqliyyat emissiyalarının ətraf mühitə mənfi təsirinin azaldılması üçün yanacağın da keyfiyyətinin artırılmasına zərurət var. Bu baxımdan "Avro-5" müasir standartlara uyğun hesab edilir. Ekoloji tələblər nəzərə alınaraq Azərbaycanda "Avro-5" ekoloji standartına uyğun yanacaq istehsalına başlanılıb. Avro-5" standartlı yanacağın istifadəsi avtomobilin işlənmiş qazının tüstüsünü azaldır və ətraf mühitə tullantıları azaldır, mühərrikdə korroziya ehtimalı aşağı düşür, yanacaq istehlakını azaldır. Dizel yanacağından istifadənin daha yüksək ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə benzinlə dizel arasındakı qiymət fərqi azaldılıb. Statistika göstərir ki, Azərbaycana benzin mühərrikli avtomobillərin idxalı azalsa da, dizel mühərrikli avtomobillərin sayı artır. Dizel mühərrikli avtomobillərin havanı daha çox çirkləndirdiyini nəzərə alaraq, onların istifadəsinin azaldılması təşviq olunmalıdır. Qiymət dəyişikliyi yanacağa qənaət edən hibrid, elektrik və CNG (sıxılmış təbii qaz) mühərrikli avtomobillərə keçidi sürətləndirəcək. Yanacağın keyfiyyətinin yüksəldilməsi nəqliyyat vasitələrinin təmirinə çəkilən xərcləri azaldacaq.Psixoloji təzyiq səbəbindən yanacağın qiymət artımının ilkin vaxtlarda qiymətlərin yüksəlməsinə təkan verəcəyi ehtimalı nəzərə alınaraq, tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün ciddi nəzarət tədbirləri həyata keçiriləcək.