ARDNŞ ötən ay 12 min metrə yaxın qazma işi görüb
3 Oktyabr 2013 17:52 İqtisadiyyat2013-cü ilin sentyabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 11 914 metr qazma işi həyata keçirib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu sahədə görülmüş işlərin 11 893 metri istismara, qalanı isə kəşfiyyata aid olub.
Ümumiyyətlə, 2013-cü ilin yanvar-sentyabr aylarında ARDNŞ üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 119 123 metr qazma işi görülüb ki, bunun da 112 789 metri istismara, 6334 metri kəşfiyyata aid olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31