Prezidentin xüsusi nümayəndəsi Ağdamda hotellərin tikintisindən danışıb
28 İyun 2024 13:24 İqtisadiyyat"Agdam City Hotel"in tikintisi demək olar ki, başa çatıb.
Olaylar xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib.
"Bundan başqa, həmçinin Ağdamda yerləşəcək "Hilton Garden Inn"in ucaldılması üzrə intensiv işlər aparılır. Bir çox sahələri və investisiyalar üçün geniş imkanları vurğulamaqla, yerli sahibkarları bölgənin bərpasında fəal iştiraka təşviq etmək lazımdır", - o deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31