Rusiyada məmurların maaşı dondurula bilər
3 Oktyabr 2013 14:16 İqtisadiyyatRusiya İqtisadi İnkişaf Nazirliyi 2014-cü ildə dövlət şirkətləri əməkdaşlarının maaşlarının indeksasiya edilməməsi təklifini irəli sürüb. lent.az-ın "BBC"-yə istinadən məlumatına görə, bu haqda qurumun başçısı Aleksey Ulyukayev açıqlama verib. Onun sözlərinə əsasən, bu məsələdə dövlət şirkətləri örnək olmalıdır.
"Biz aylıq maaşların indeksasiyalaşdırılmasından imtinanı təklif edirik. Hələlik bu qəbul edilməyib. Biz bu addımı dövlət şirkətlərinin atmasını təklif edirik"- deyə, o, söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31