Büdcədən Qarabağda və Şərqi Zəngəzurda tikinti, bərpa və yenidən qurma işləri üçün 1,4 milyard manat ayrılacaq
7 İyun 2024 12:03 İqtisadiyyatYenidən baxılan 2024-cü il dövlət büdcəsində gəlirlər üzrə proqnozun 48,9 %-i neft-qaz, 51,1 %-i isə qeyri-neft-qaz sektorunun payına düşəcək. Olaylar xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasında bildirib. Qeyd edib ki, büdcədə qeyri-neft-qaz sektorunun xüsusi çəkisi 0,8 faiz bəndi artırılıb:
"Yenilənmiş büdcədə Dövlət Neft Fondundan transfertin məbləği dəyişdirilməyib. Priroritet istiqamətlərdən Qarabağda və Şərqi Zəngəzurda tikinti, bərpa və yenidən qurma işləri üçün 1,4 milyard manat, müdafiə və təhlükəsizlik tədbirləri üçün 800 milyon manat, infrastruktur layihələri üçün isə 977 milyon manat nəzərdə tutulub. Büdcə xərclərinin 38,7 %-i əsaslı xərclər, 58 %-i cari xərclər, 3,3 %-i isə dövlət borcuna xidmət xərcləri olacaq".