Büdcədə qeyri-neft-qaz gəlirlərinin payı proqnozu üstələyib

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 13,259 milyard manat, xərcləri isə 10,75 milyard manat təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9 % və 20,4 % çoxdur. Son nəticədə 4 ayda büdcədə 2,509 milyard manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 22,4 % azdır. Olaylar xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin növbədənkənar sessiyasında deyib. Bildirib ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsində qeyri-neft-qaz sektorundan gəlirlərin payı 51,8 % çox olub ki, bu da proqnozdan 1,5 faiz bəndi çoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31