bp-nin icraçı vitse-prezidenti ilə görüş keçirilib (FOTO)

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf bp şirkətinin istehsal və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüblər.

Olaylar.az xəbər verir ki, görüşdə bp-nin Azərbaycanda enerji sahəsində həyata keçirilən layihələrdə, o cümlədən, bərpaolunan enerji layihələrində iştirakda maraqlı olduğu ifadə edilib.

Şirkətin Azərbaycanda həyata keçirdiyi cari əməliyyatlar, potensial layihələr və qlobal iqlim çağırışlarından irəli gələn dayanıqlı enerji mənbələrinə keçid barədə müzakirələr aparılıb.

bp-nin icraçı vitse-prezidenti ilə görüş keçirilib (FOTO)

bp-nin icraçı vitse-prezidenti ilə görüş keçirilib (FOTO)
 
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31