"Deloitte" nümayəhdəsi Azərbaycanın hidrogen strategiyasının inkişafının zəruriliyindən danışıb

Yaxın illərdə Aİ-də qaza tələbat 80 faiz azala bilər və bu vəziyyətdə hidrogen ölkələrin ehtiyacı olan yanacağa çevriləcək.

Olaylar.az xəbər verir ki, bu barədə "Deloitte" şirkətinin nümayəndəsi Yohnnes Trubi 29-cu Bakı Enerji Forumunda çıxışında deyib.

Bu qlobal konsaltinq şirkətinin araşdırmalarına görə, dünyada təmiz hidrogenə tələbat 60-100 milyon ton olacaq, lakin, misal üçün, Aİ bu həcmi istehsal edə bilməyəcək.

"Bu baxımdan, nəzərlər qaz kəmərlərinin Aİ-yə uzandığı ölkələrə, xüsusilə Afrika ölkələri, Ukrayna və Azərbaycana yönəlib", - deyə Trubi vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycana tam hidrogen strategiyası lazımdır.

"Bu, dəqiq siyasi qərar tələb edir, çünki hidrogen iqtisadiyyatı bahadır və böyük investisiyalar tələb edir", - o deyib.

O, Azərbaycanın qarşısında duran mühüm çağırışlar arasında hidrogen üzrə ekoloji standartlara uyğunluğu qeyd edib.

"Azərbaycan, həmçinin, hidrogendən daxili istifadə və ixracı məsələləri barədə düşünməlidir", - o deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31