Sahibkarlara 12,260 milyon manat güzəştli kredit verilib
2 Oktyabr 2013 16:24 İqtisadiyyat2013 il ərzində "AtaBank" ASC vasitəsilə sahibkarlıq subyektlərinə 12,260 milyon manat güzəştli kredit verilib. Bankdan "OLAYLAR"-a daxil olan məlumata görə, həmin kreditlər hesabına təqribən 500-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Bu günlərdə isə "AtaBank" ASC İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində təşkil edilmiş " Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda keçirilən tədbirində də iştrak edib. Tədbirdə Bakı və ətraf qəsəbələrdə fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib və iş adamlarına kreditlər verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31