“Yaşıl enerji”yə keçid qlobal iqlim dəyişmələrinin qarşısını almaq üçün başlıca amildir- ÖZƏL

"Bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası Azərbaycanın qlobal ekoloji məsələlərə olan mövqeyini ifadə edir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Sevinc Hüseynova deyib. Bildirib ki,  COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin enerji potensialı, "Yaşıl enerji" siyasətinin qlobal miqyasda tanıdılması baxımından da vacib rola malikdir: "Yaşıl enerji"yə keçid strategiyası qlobal iqlim dəyişmələrinin qarşısını almaq və sağlam həyat şəraitini təmin etmək məqsədinə xidmət edən başlıca amildir. Artıq Azərbaycanda alternativ enerji mənbələrinin istehsalında vacib əhəmiyyətə malik olacaq istehsal sahələri formalaşdırılır. Qaradağ Günəş Elektrik Stansiyasının açılışı bu xüsusda mühüm önəm kəsb edir. Azərbaycanda yaradılan bu elektrik stansiyası regionda ən böyük Günəş elektrik stansiyası hesab edilir. IV Sənaye inqilabı adlandırılan yeni dövrün əsasını təşkil edən "yaşıl enerji" ənənəvi enerji mənbələrini geridə qoyacaq təsirli addımların atılması üçün də mühüm proqramların icrası vacibdir".

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31