COP29 Azərbaycanın mühüm qlobal təşəbbüsləri irəli sürməsi üçün unikaldır - Cozef Bayden
4 İyun 2024 11:25 İqtisadiyyatCOP29 Azərbaycanın metan və neft-qaz sektorunun emissiyalarını məhdudlaşdırmaq, eləcə də təmiz enerji keçidini inkişaf etdirmək kimi mühüm qlobal təşəbbüsləri irəli sürməsi üçün unikaldır, çünki biz temperatur artımının 1,5 dərəcə Selsi həddində saxlanılması üzərində kollektiv şəkildə çalışırıq.
Olaylar xəbər verir ki, bu barədə ABŞ prezidenti Cozef Baydenin Bakı Enerji Həftəsinin iştirakçılarına ünvanlanmış müraciətində deyilir.
Məktub ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kemian tərəfindən oxunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31