Ermənilər gəlirlərinin 5%-ni nəqliyyata xərcləyirlər

Ermənistan Milli Statistika Komitəsinin Qiymət Statistikaları və Beynəlxalq Müqayisələr deparatamentinin rəhbəri Qurqen Matrosiyan yerli mətbuata verdiyi açıqlamada bildirib ki, ermənilər gəlirlərinin 5%-ni nəqliyyata xərcləyirlər. Matrosiyan qeyd edib ki, nəqliyyat xərclərinin artması ümumi qiymət indekslərinə də mənfi təsir göstərir. Qeyd edək ki, iyul ayında İrəvan meriyası şəhər və ölkədaxili nəqliyyatdan istifadə qiymətlərini artırıb. İraəvdanda insanlar şəhərdaxili marşrut vasitəslərinə 150 dram xərcləyirlər. son bir neçə gündə taksilər qiymətləri də 12% artırıblar. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31