Beynəlxalq Valyuta Fondu: “Yaxın gələcəkdə Ermənistandan iqtisadi inkişaf gözləmək absurddur”
2 Oktyabr 2013 13:01 İqtisadiyyat"Ermənistanda iqtisadi inkişaf sürətlə zəifləyir. Qarşıdan gələn il bu ölkədə iqtisadi inkişaf 3-4% arasında olacaq. Yaxın gələcəkdə də Ermənistan iqtisadiyyatının inkişafında iki rəqəmli uğur gözləmək absurddur" - Amerikanın "Azadlıq" radiosuna açıqlama verən Beynəlxalq Valyuta Fondunun Ermənistan bölməsinin nümayəndəsi Teresa daban-Sançez belə deyib. Tereza qeyd edib ki, Ermənistanın iqtisadi aktivləşməsi də olduqca aşağı səviyyədədir: "Əgər iqtisadi inkişaf tempi 5%-lik nəticə ortaya qoysa, bu Ermənistan üçün müsbət hal olacaq". Ermənistan hökuməti cari il ərzində 7% iqtisadi inkişaf gözləyir. BVF isə ən yaxşı halda bu rəqəmin 4.3% olacağını proqnozlaşdırır. Erməni ekspertlərin verdiyi şərhələrə görə, 2013-cü il ərzində Ermənistan iqtisadiyyatı cəmisi 0.5-1.2% arasında inkişaf edib. ("OLAYLAR İA")