Azərbaycan vergi üzrə Çoxtərəfli Konvensiyaya qoşulacaq
31 May 2024 13:04 İqtisadiyyatAzərbaycan vergi üzrə Çoxtərəfli Konvensiyaya qoşulacaq. Olaylar xəbər verir ki, bu, Milli Məclisinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya"nın təsdiq edilməsi haqqında" qanun layihəsində əksini tapıb.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31