2023-cü il dövlət büdcəsinin icrasına dair qanun layihəsi birinci oxunuşda qəbul edilib
31 May 2024 12:31 İqtisadiyyatBu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Olaylar xəbər verir ki, Qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası gəlirlər 35 236 394,3 min manat, xərclər 36 457 956,1 min manat məbləğində olmaqla təsdiq edilməsi təklif olunur.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31